Azərbaycanda karantin rejimini pozan müxbir saxlanıldı - RƏSMİ

Ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq, ötən gün Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən, o, polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb və buna görə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
İ.Vəzirov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək, 25 gün müddətində inzibati həbs edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























