• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin dövründə uşaq evlərinə qəbul həyata keçirilir? - AÇIQLAMA

Karantin dövründə uşaq evlərinə qəbul həyata keçirilir? - AÇIQLAMA
13.04.2020 14:07
Karantin rejimi ilə əlaqədar respublika üzrə fəaliyyətdə olan müəssisələrdə, inzibati binalarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən qaydalara görə, karantin rejimində xüsusilə azyaşlı uşaqların gigiyenasına, ətraf mühitlə təmaslarının minimuma endirilməsinə diqqət etmək lazımdır. Respublika ərazisində fəaliyyət göstərən uşaq evlərində sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün nəzərdə tutulan müəssisələrin çoxsaylı sakinləri var.

Karantin dövründə həmin müəssisələrdə vəziyyət necədir? Bu müəssisələrə uşaqların qəbul prosesi davam edirmi? Müəssisələrdə hansı yoxlamalar aparılır?Anews.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov cavablandırıb.

O bildirib ki, sözügedən müəssisələrdə uşaqların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülür: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələri sakinlərinin də pandemiyadan qorunması üçün bütün işlər görülür. Hazırda hər iki müəssisədə (1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi) 5-18 yaşlarında 330-dan çox uşaq daimi dövlət təminatında saxlanılır. Xüsusilə də bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər görülür. Fond tərəfindən bu müəssisələrə də dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələr verilib. Müəssisədə mütəmadi dezinfeksiya işləri aparılır. Sağlamlıq imkanları məhdud uşaqların koronavirusdan qorunması, onların sağlamlığının etibarlı mühafizəsi təmin edilir, sosial təcrid rejimi tam tətbiq olunur. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir. İşçi heyətinə də infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir”.

"İşçi personalının növbəli iş sistemi qurulub və onların müəssisədən kənar mühitlə təmasları tam məhdudlaşdırılıb. Xüsusi karantin rejimi ilə əlaqədar müəssisəyə qəbul isə hazırda həyata keçirilmir”, - deyə F.Talıbov vurğulayıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol