• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda iş adamı müflis oldu

Azərbaycanda iş adamı müflis oldu
14.04.2020 10:16
Şəki Kommersiya Məhkəməsində iş adamı Etibar Hacıyevin "AGbank” ASC-yə qarşı müflis elan edilməsi barədə ərizəsinə baxılıb.
 
Anews.az-ın xəbərinə görə, hakim Rüfət Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, iş adamının ərizəsi geri qaytarılıb. Buna səbəb ərizəyə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə olunacaq sənədlərin daxil edilməməsi olub.
 
E.Hacıyev iddia ərizəsində göstərib ki, 1998-ci ildən fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərir. 2005-ci ildə Ağdaş şəhərində İcra Hakimiyyəti tərəfindən ilin ən yaxşı iş adamı mükafatına layiq görülüb.
 
2010-2011-ci illərdə biznesini genişləndirmək məqsədilə "AGbank” ASC-dən kredit götürüb və kredit təminatı kimi özünün və qohumlarının mülkiyyətində olan əmlaklar ipoteka kimi yüklü edilib. Lakin 2015-2016-cı illərdə baş verən devalvasiya səbəbindən ağır və çətin vəziyyətə düşüb, kredit borcunu ödəyə bilməyib. İpoteka ilə yüklü edilmiş əmlaklar satılsa belə, borcun ödənilməsinə kifayət etməyəcək. Həmin əmlakların satılması nəticəsində üç ailə evsiz, yüklü edilmiş qeyri-yaşayış sahələri satılarsa, orada işləyən şəxslər işsiz qalacaq.
 
Bu səbəbdən E.Hacıyev bu iddia tələbi ilə məhkəməyə müraciət edib.Oxu.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol