• $
  • €
  • ₽
  • ₺
  • £

Bundan sonra xaricdə təhsil alanlara “DP təqaüd kart”ları veriləcək

Bundan sonra xaricdə təhsil alanlara “DP təqaüd kart”ları veriləcək
22.07.2014 21:07
Bu ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları təqdim ediləcək.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Muxtar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlki illərin təcrübəsi əsasında Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin maliyyələşdirilməsi mexanizmlərinin daha da optimallaşdırılması və tələbələrin müraciətləri nəzərə alınaraq, yeni mexanizmlərin formalaşdırılması istiqamətində iş aparılıb. Onun sözlərinə görə, bunlardan biri də nazirlik tərəfindən tələbələrə təqaüd kartlarının verilməsidir: “Bu kartlar tələbələrə təqaüdlərin daha vaxtında, qısa müddət ərzində köçürülməsini təmin edəcək. Yekunda da tələbələrimizin xarici ölkələrdə təhsil aldıqları zaman heç bir maddi sıxıntısı olmayacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, bu kartlar hələlik bu il qəbul olunan tələbələrə veriləcək. O əlavə edib ki, əvvəlki illərdə təhsil alan tələbələrə də bu təqaüdlərin verilməsi prosesi daha sonra nəzərdən keçiriləcək.Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini M.Məmmədov qeyd edib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nda xaricdə təhsil üzrə inkişaf konsepsiyasının 2015-2020-ci illərdə də davam etdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi bu proses istiqamətində iş aparılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol