Yeni layihə: 65 yaşdan yuxarı tənha insanların ehtiyacları təmin olunacaq

"Premium Bank”ın sponsorluğu ilə "Netgroup” şirkəti tərəfindən Prezident İlham Əliyevin sosial yardım tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin edilməsinə dəstək olaraq yeni layihə hazırlanıb.
Könüllü sıralarına qoşulmaq istəyən hər bir insan layihədə qeydiyyatdan keçə bilər: "Könüllülər zəruri malların və dərmanların alınmasında yardım göstərəcək, kuryerlərimiz isə ünvanlara çatdırmaları həyata keçirəcəklər. Bu layihədə iştiraka görə ayrıca təşəkkürümüzü "RAHAT” supermarketlər şəbəkəsinə bildiririk. Sosial dəstəyə ehtiyacı olanlara qayğı və hörmət göstərmək hər birimizin borcudur!”.
www.anews.az
Evdeqal.net adlanan bu layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, sevinc hisslərinin yaranmasına səbəb olmaqdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























