• $
  • €
  • ₽
  • ₺
  • £

Çimərliklərdəki obyektlərdə reyd keçirilib

Çimərliklərdəki obyektlərdə reyd keçirilib
22.07.2014 20:50
Çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilibEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən obyektlərdə və bələdiyyə mülkiyyətinə aid olan ərazilərdə növbəti mövsümi reyd keçirilib.Reydlərin keçirilməsində məqsəd çimərliklərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması, o cümlədən sahil xəttində formalaşan bərk məişət tullantılarının, çirkab suların qanunamüvafiq qaydada idarə olunması vəziyyətinə nəzarəti gücləndirmək olub.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində bərk və maye mənşəli məişət tullantılarının idarə olunması zamanı ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib. Məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları ilə bağlı Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən kafe, restoran, istirahət mərkəzlərinin iş icraçıları barəsində ümumilikdə 50-dək protokol tərtib olunub. Qeyd edək ki, Xəzər sahillərində fəaliyyət göstərən obyektlərdə və ümumiyyətlə sahilyanı ərazilərdə bərk məişət tullantılarının və çirkab suların idarə olunmasına cavabdehliyi bilavasitə həmin obyektlərin sahibləri və aidiyyəti üzrə şəhər, qəsəbə və kənd bələdiyyələri, icra orqanları daşıdığı üçün yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərində olan ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol