Bakıda yasa getmək adı ilə karantini pozan şəxs idmançı imiş - FOTO

Bu gün Daxili işlər Nazirliyi "8103” qısa nömrəsinə mesaj göndərərək, yas mərasimində iştirak etmək adı ilə icazə alan 50 nəfərin saxlanılması barədə məlumat yayıb.
Pravda.az xəbərinə görə, saxlanılanlar arasında məşhur bodibildinqçi, fitnes müəllimi Renad Əfəndiyev də var.
O, yasa getmək adı ilə icazə alaraq epidemiya əleyhinə rejimin tələblərini pozub.
İcazədən sui-istifadə edən idmançı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimələnib.
Qeyd edək ki, R.Əfəndiyev yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya çempionu Rəsul Çunayevə məxsus "Go Fitness” idman zalında fitnes müəllimi kimi çalışır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib