Koronavirusa qarşı dərman sınaqları ölümlə nəticələndi - testlər dayandırıldı

Braziliyada yeni növ koronavirusa qarşı hazırlanan dərmanların sınağı ölümə səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Braziliyada laboratoriyada müəyyən dərmanların COVİD-19-a qarşı təsiri araşdırılıb. Daha sonra həmin dərmanlar insanlar üzərində sınaqdan keçirilib. Nəticədə dərmanların əks təsir göstərməsi ilə iki nəfər dünyasını dəyişib. "Manaus Tropik Tibb İnstitutu"da aparılan sınaqda iştirak edən digər şəxslərdə isə ürəkdə ritm pozğunluqları ortaya çıxıb. Bu hadisədən sonra Braziliyada COVİD-19-a qarşı hazırlanan bütün sınaqlar dayandırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























