Bolnisidə koronavirusa yoluxanların sayı iki dəfə artdı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusa iki yeni yoluxma halı təsdiqlənib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, virusa yoluxanlar təcili tibbi yardım həkimi və təcili tibbi yardım maşınının sürücüsünün uşağıdır: "Bolnisidə koronavirusa yoluxanların ümumi sayı 20 nəfər təşkil edir. Virusun Savaneti kəndində yayılması ilə bağlı yüksək risk var. Buna görə də kənd tam təcrid olunacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























