• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər

Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər
15.04.2020 21:20



Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində əhalinin həssas qrupları, o cümlədən məcburi köçkünlər maddi dəstəyə ehtiyac duyurlar. Bu sahədə dövlətimizin müəyyənləşdirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı qurumlar tərəfindən də sosial aksiyalar həyata keçirilir.
 
Aprelin 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və "Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilib.
 
Gündəlik tələbat mallarından ibarət olan 1200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda - Azərbaycan Texniki Universitetinin və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.
 
Risk qrupuna daxil olan insanların evdə qalması və  virusa yoluxmaqdan qorunması məqsədi güdən yardım aksiyası zamanı məcburi köçkünlərə  infeksiyanın tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub.
 
Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol