• $
  • €
  • ₽
  • ₺
  • £

“Dəmirbank”ın vəzifəli şəxsin məhkəməsi başlayır

“Dəmirbank”ın vəzifəli şəxsin məhkəməsi başlayır
22.07.2014 16:46
“Dəmirbank” ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.Baş Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, istintaq zamanı filialın müdir müavini vəzifəsində işləyən Cabir Sultanovun qulluq mövqeyindən istifadə etməklə filialda müştərinin adına açılmış depozit hesabdan 10 min manat məbləğində pulun alınmasına dair sənədə vətəndaşın əvəzinə imza edib həmin məbləği nağd olaraq şəxsən götürərək mənimsəmə yolu ilə talamasında, həmçinin Sumqayıt şəhər sakini tərəfindən depozit hesaba köçürülməsi üçün ona verilmiş 40 min manat məbləğində pulu hesaba köçürməyərək etibardan sui-istifadə edib dələduzluq yolu ilə ələ keçirməsində, habelə filialın xəzinədar-əməliyyatçısı Səidə Abıyevaya müştərinin iştirakı olmadan rəsmi sənədləri tərtib etdirib müştərinin adından imzasını icra etdirməklə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), S.Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib.İstintaq dövründə dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub.Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol