• $
  • €
  • ₽
  • ₺
  • £

20 min şəxsə 190 manat verilməsindən imtina edildi - RƏSMİ

20 min şəxsə 190 manat verilməsindən imtina edildi - RƏSMİ
16.04.2020 13:11
İşsiz kimi birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edənlərdən 20 min şəxsin hazırda işsiz olmadığı müəyyən edilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Anews.az-a verilən məlumata görə, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.
 
Bildirilib ki, birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub.
 
"Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslərin də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciətlər etmələrinin şahidi oluruq.
 
Müvafiq elektron informasiya  sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq da obyektiv qərar verilir.
 
Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı da onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir.
 
Müraciətlərin emalı davam edir”, - deyə məlumatda qeyd olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol