• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial yardımın əlçatanlığı təmin edilir

Sosial yardımın əlçatanlığı təmin edilir
16.04.2020 13:55
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, digər sosial müdafiə proqramları kimi, ünvanlı dövlət sosial yardımının da əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir.

Oxu.Az xəbər verir ki, aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.

Buna misal olaraq, aprelin 1-dən 14 aprelədək ünvanlı sosial yarıdımı alanların sayı doqquz min ailə və ya 35 min insan artıb. Ümumilikdə, 14 aprel tarixinə 79 min ailənin 330 min üzvü (həmin ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır) ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Eyni zamanda, hansı ailələrə ki, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitib, müvafiq qərarla, onlara  bu yardımın verilməsi müddəti uzadılıb. 

Yəni onlara da karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək sosial yardımın verilməsi davam edəcək. 
Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edir, 2020-ci ilin əvvəli ilə müqayisədə, bu məbləğ 10 faizədək artaraq, 222 manatı ötüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol