Qusar sakini itkin düşdü

Qusar rayon sakininin itkin düşməsi barədə polisə məlumat daxil olub.
Belə ki, rayon sakini Ç.Əkbərova Qusar Rayon Polis Şöbəsinə müraciət edərək həyat yoldaşı, 1962-ci il təvəllüdlü Malik Novruzovun evdən çıxıb və bir daha geri qayıtmadığı barədə məlumat verib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Novruzov həyat yoldaşı ilə Qusar rayonunun E.İbrahimov küçəsi, ev 244 ünvannda birlikdə yaşayıb. Həmin müddət ərzində onların hər hansı şəxslərlə düşmənçilik münasibətləri olmayıb.
Araşdırmalar davam etdirilir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























