TƏBİB-dən sosial şəbəkələrdə yayılan videoya MÜNASİBƏT

TƏBİB sosial şəbəkələrdə yayılan videoya ilə bağlı açıqlama yayıb.
Anews.az-ın xəbərinə görə, açıqlamada bildirilib ki, son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu barədə iddialar yayılıb.
"Sosial şəbəkələrdə yaydığı videomaterialla bağlı bildiririk ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub. Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügüdən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























