• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Komitəsi bu sürücülərə xəbərdarlıq etdi

Gömrük Komitəsi bu sürücülərə xəbərdarlıq etdi
17.04.2020 16:08
Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələri ilə bağlı məlumat yayıb.

Anews.az-a daxil olan məlumatda bildirlir ki, koronavirus (COVID-19) infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunduğunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti olaraq məhdudlaşdırılıb.

COVID-19 pandemiyası ilə əlaqədar 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Yuxarıda qeyd edilənləri və mövcud pandemiyanın fors-major hal yaratdığını nəzərə alaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti xüsusi karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələrinin ölkə daxilində idarə olunmaması və həmin nəqliyyat vasitələrinin, gömrük nəzarəti altında saxlanılması mümkün olmadıqda, yaşadığınız ərazidə saxlanılması zəruridir.

Eyni zamanda qeyd edirik ki, karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti bitmiş minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidirlər və bununla bağlı karantin rejimi nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol