Xəzər rayonunda ehtiyacı olanlara növbəti ərzaq yardımları paylanıb

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq yardımları, tibbi vasitələr, infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici çap materialları paylanılır və onların problemləri dinlənilir.
Ümumilikdə Rayon İcra Hakimiyyəti ilə yanaşı bu aksiyaya qoşulan Heydər Əliyev Fondunun sosial layihəsi çərçivəsində "Regional İnkişaf” İctimai Birliyi, Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlar tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 3100 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























