• $
  • €
  • ₽
  • ₺
  • £

200 manata saxta icazə arayışı verən şirkət rəhbəri saxlanıldı

200 manata saxta icazə arayışı verən şirkət rəhbəri saxlanıldı
29.05.2020 02:46
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə,  keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Ağcəbədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu "AZİNTELLEKTSERVİS LTD” və "TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, adıçəkilən şəxs xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 10-a yaxın vətəndaşın saxta sənədlər əsasında "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib. Bununla da Oktay Quliyev saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb. Saxlanılan şəxsə məxsus paytaxt ərazisində yerləşən ofisə baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhürlər və digər iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcəkdir

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol