• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər tərtərli bənnanı necə öldürdü? - VİDEO

Ermənilər tərtərli bənnanı necə öldürdü? - VİDEO
22.07.2014 11:56
İki gün əvvəl cəbhənin Tərtər istiqamətində balıq tutmağa gedərkən Ermənistan tərəfdən snayeperlə vurulan dinc sakinin ölümü ilə bağlı təfərrüatlar məlum olub. ANS TV-nin məlumatına görə, Tərtər rayon sakini Mübariz Əliyev iyul ayının 18-də günorta saatlarında kəndə balıq tutmağa gedib. Gecə evə qayıtmayan Mübarizin güllə ilə vurulması xəbərini ailəsinə Tərtər polis şöbəsinin əməkdaşları deyib. 
Səhər saatlarında polis əməkdaşları cəsədi götürmək üçün Mübarizin vurulduğu yerə getsələrdə qarşı tərəfin gülləboranına tuş gəliblər. Daha sonra təmas xəttində xidmət edən Şuşa polisi ilə birgə Tərtər rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə yollanıb. 
Şuşa rayon polis şöbəsinin rəisi Orduxan Kərimov bildirib ki, hadisə yerinə çatanda polislərin formalarının seçimli olduğunu görəndə əraziyə daxil olmağa risk etməyib. “Göy rəng tez seçilir. Bu rəngi yuxarıdan snayper tez görür. Ona görə polislərin formalarını çıxartdırdım. Polislərin və vətəndaşların köməkliyi ilə meyidi gətirib təcili tibbi yardım maşını qoyduq. Daha sonra cəsədi morqa apardıq”. 
Orduxan Kərimovun sözlərinə görə, cəsədin ayağı şalvar kəməri ilə sıxılmış vəziyyətdə olub. Ehtimal olunur ki, ilk güllə ayağından dəydiyindən Mübariz Əliyev qanaxmanın qarşısını almağa çalışıb. İkinci güllə isə belindən dəyib. Mübariz Əliyevin cəsədi Tərtər Rayon Mərkəzi Xəstəxanasının morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib. 
Mərhumun qohumu Seymur Qəmbərov bildirib ki, cəsədi görəndə tanıya bilməyib. “Tanınmaz vəziyyətə idi. Üzünü gün yandırmışdı”. 
Bənnalıqdan əldə etdiyi gəlirlə ailəsini dolandıran Mübariz Əliyevin iki azyaşlı övladı qalıb.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol