• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Məmmədov koronavirusdan danışdı: "Azərbaycan birinci yerdədir" — FOTO

İlqar Məmmədov koronavirusdan danışdı: "Azərbaycan birinci yerdədir" — FOTO
28.05.2020 22:58
Qəribə bir cədvəl alındı. Avropa ölkələrini və İranı bir yerə toplayıb baxdım ki, görən koronavirus testləri harada daha çox yoluxmuş şəxs üzə çıxarır.
 
Məlum oldu ki, Azərbaycan birinci yerdə gedir. Bu yaxşıdır yoxsa pis?
 
Necə baxmaqdan asılıdır. Bir tərəfdən yaxşıdır, çünki Azərbaycanda kütləvi testlər aparılır və beləliklə yoluxmanın qarşısı alına bilər.
 
Digər tərəfdən, karantinin məqsədi yoluxmanın qarşısını almaq deyil, onun sürətini azaltmaqdır. Yəni virus yetərincə yayılmadan biz onun qarşısını tamamilə almışıq. Virusun çarəsi tez tapılsa, bu yaxşıdır. Bəs gec tapılsa? Onda başqa ölkələr bu xəstəlikdən qurtulanda, bizdə çox güclü ikinci dalğa başlaya bilər.
 
Başqa amillər də var. Cədvəlin yuxarı hissəsində BCG vaksini ilə uzun onilliklər yaşamış ölkələrdir. Aşağı hissəsində isə, bu vaksini çox da tətbiq etməyənlərdir. Elə isə, çox yaxşı, deməli bəzi alimlər artıq fərz etdiyi kimi, keçmiş sosialist ölkələrinin xalqlarında bu virusa qarşı immunitet daha güclüdür.
 
Hər halda, dediyim kimi, Azərbaycan hakimiyyətinin koronavirusla mübarizədə yeritdiyi siyasəti hələ çox da sorğulamaq düzgün olmazdı, çünki bu yolu heç kim əvvəl getməyib və hərə bir yol sınayır. Amma bir çox amillər ondan xəbər verir ki, Azərbaycan karantin tədbirlərinə sonuncular sırasında qoşulub ondan çıxan birincilər sırasında ola bilərdi.(azerforum.com)
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol