Sosial xidmət işçilərinin əməkhaqlarına əlavə müəyyən edildi

Sərəncam 2000 nəfər
sosial xidmət işçisini əhatə edəcək
Prezident İlham Əliyevin "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 14 aprel 2020-ci il tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.
Onların əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən
ediləcək.
Hazırda bu kateqoriyadan olan 15
000-dən çox tənha yaşlıya evlərində
sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman
vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.
DSMF-nin 9 sosial xidmət müəssisəsində isə 1000-dən çox şəxs stasionar şəraitdə
reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
www.anews.az
Prezident İlham Əliyevin "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 14 aprel 2020-ci il tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.
Sənəddə koronavirus
pa
ndemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər
göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrində və
tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına
aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən
edilməsi nəzərdə tutulur.
Sərəncam
DSMF-nin rayon (şəhər) şöbələrindəki 1400 nəfər və Fondun tabeliyindəki sosial
xidmət müəssisələrində çalışan 600 nəfər, ümumilikdə 2000 nəfər sosial xidmət işçisini əhatə edir.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək
olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən
çıxmaları qadağan edilib. Bununla əlaqədar
dövlət başçısının göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş
iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik
sosial xidmətlərlə təmin olunur.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























