Azərbaycanla qonşu üç ölkə koronavirusa yoluxma sayına görə ilk onluqda yer alır - STATİSTİKA

Azərbaycanın qonşuları - Rusiya, İran və Türkiyə dünyada koronavirusa yoluxanların sayına görə ilk onluqda yer alır.
Türkiyədə koronavirusa 86 306, İranda 82 211, Rusiyada isə 42 853 yoluxma halı müşahidə edilir. Ermənistanda koronavirus 1 291, Gürcüstanda isə 394 nəfərdə müəyyən olunub.
Xatırladaq ki, Azərbaycanda ötən gün cəmi 25 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib, 122 nəfər isə virusdan sağalıb.
Virusa yoluxanların 764 265 nəfərə çatması ilə ABŞ ölkələr arasında birinciliyini qoruyur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























