Azərbaycanda hansı sahələrdə iş bərpa olunur? - HÖKUMƏT MƏRHƏLƏLİ QAYDADA ADDIMLAR ATACAQ

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da koronavirusa yoluxmanın sürətinin azaldılması məqsədi ilə ölkəmizdə xüsusi karantin rejimi davam edir.
Azərbaycanda koronavirusa yoluxma sayının nisbətən azalması may ayından etibarən bəzi sahələrdə karantin rejiminin ləğv ediləcəyi ilə bağlı fikirləri gündəmə gətirib. Bu fikrin nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova müraciət etdik.
Milli Məclisin deputatı BAKU.WS-ə açıqlamasında karantin rejimi müddətində hansı sahələrin fəaliyyətini bərpa etməsinin məqsəduyğun olmasını bildirdi: "Real sektorda fəaliyyələtlərin bərpa edilməsinin mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olar. Nəzərə almaq lazımdır ki, Avropa ölkələri də artıq may ayından etibarən mərhələli şəkildə bəzi sektorlarda fəaliyyətin bərpa edilməsini reallaşdırmaq niyyətindədir. Bu baxımdan, Azərbaycanda da karantin rejiminin növbəti mərhələsində, xüsusən də may ayından etibarən bəzi sektorlarda fəaliyyətlərin mərhələli şəkildə bərpa edilməsi məqsədəuyğundur.
Sözsüz ki, həmin dövrdə mövcud vəziyyətin qiymətləndirilməsi və ona uyğun olaraq qərarın verilməsinə ehtiyac var. Xidmət və ictimai iaşə sektorları çox vacibdir. Bu sektorlarda fəaliyyətlərin mərhələli şəkildə bərpa edilməsinə ehtiyac var".
Vüqar Bayramov həmçinin əlavə etdi ki, restoran və kafelər üçün yeni standartların müəyyənləşdirilməsinə ehtiyac var: "Avropa ölkələrində bu sektorlar bərpa edilərkən yeni qaydalar müəyyənləşib. Biz təklif edirik ki, bu halda restoran və kafelərdə stollar arasında məsafə 2 metrdən az olmamalıdır. Eyni zamanda həmin restoran və kafelər elektron menyudan istifadə etsinlər. Bu da ünsiyyətin, xüsusən də müştəri ilə xidmətçi arasındakı ünsiyyətin minimumlaşdırılmasına səbəb olacaq.
İctimai iaşə sektorunda da oxşar qaydalarla fəaliyyətlərin bərpasına ehtiyac var. Bir sıra satış məntəqələrinin fəaliyyətinə icazə verilməsi mümkündür. Məsələn, avtomobil satışı ilə məşğul olan salonların işinin bərpa edilməsi mümkündür. Konsaltinq xidməti göstərən şirkətlərin fəaliyyətinin bərpa edilməsi mümkündür. Bu, əslində indiki dövrdə konsaltinqə ehtiyacın postpandemiya dövründə də artacağını nəzərə alsaq, buna ehtiyac var.
Biz may ayından etibarən qeyd etdiyimiz sektorlarda mərhələli şəkildə fəaliyyətlərinin bərpasını məqsədəuyğun heab edirik".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























