• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Alışanovun şikayəti ilə həbs edilən şəxs öldü

Arif Alışanovun şikayəti ilə həbs edilən şəxs öldü
29.05.2020 11:57
AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti ilə həbs edilən və 17 il azadlıqdan məhrum edilən Qoçəli Cəbiyev cəzaçəkmə müəssisəsində vəfat edib.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Q. Cəbiyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hətta 2018-ci ildə keçirilən məhkəmə zamanı bir neçə dəfə dializ xəstəsi olan Q. Cəbiyev səhhəti ağırlaşdığı üçün prosesə gətirilməmişdi.

Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra da vəziyyəti ağırlaşan Q. Cəbiyev bir neçə gün öncə müalicə müəssisəsində vəfat edib.

Oğlu Elməddin Cəbiyev də epilepsiya xəstəsi idi. Onun da vəziyyətinin ağırlaşdığı bildirilir.

Qeyd edək ki, Qoçəli Cəbiyev və Şücayət Əkbərov AzTV-nin keçmiş rəhbəri Arif Alışanova qarşı sui-qəsd etməkdə təqsirləndiriliblər.

İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Müsabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaradıblar. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi "Toyota Land Cruiser” markalı 99 - AA - 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib.

Lakin A.Alışanov gözlənilmədən "Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi "NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib. Zöhrab Şirinov avtomaşını idarə etdiyi "NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən "Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol