• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən təbrik- “Məmnunam...”

Nazirdən təbrik- “Məmnunam...”
22.07.2014 10:42
Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərin peşə bayramını təbrik edib. ANN.Az xəbər verir ki, nazir təbrikini facebook hesabında paylaşıb: 
“Milli mətbuatımızın yaranma günü təkcə peşə bayramı deyil, həm də söz, milli düşüncə və mədəniyyət hadisəsidir. Əgər biz 139 il əvvələ boylansaq görərik ki, yeni yaranan “Əkinçi”, “Kəşkül”, “Kaspi” qəzetlərinin, ”Molla Nəsrəddin”, ”Füyuzat” və digər o dövrdə nəşr olunan mətbuat orqanlarında əsas məzmun və mahiyyət milli intibah, maarif işığı, mədəniyyət təməli və tərəqqi ünvanıdır. Bu da mətbuatın təsir gücünün və yeni ideallar uğrunda apardığı mübarizənin ayrı-ayrı xəttləri idi. Maraqlısı odur ki, Azərbaycanda milli mətbuatın əsasını qoyan insanlar həm də müəllimlər olublar. Ona görə də o dövrün mətbuatı əsas hədəfə- milli dövlətçiliyin yaranması amalına nail ola bildi. 
Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil və onlarca digər azərbaycanlı müəllim, milli mətbuatımızın əsasını qoyan insanlar kimi, həm də maarif işiğını bu yolla yayırdılar. Bu dövrdə yaranan bir çox mətbuat nümunələrinin adları da çox zaman maarif sözü ilə birgə çəkilirdi.
Azərbaycanın yeni cəmiyyət quruculuğu, milli təhsilimizin inkişaf tendensiyaları həm də mətbuatımızın güzgüsündə əks olunur. Biz hər zaman bu güzgünün şəffaf olmasını arzulamışıq. 
Gördüyümüz hər bir işin iştirakçısı həm də media olub. Biz təhsilimizin yeni hədəflərinə doğru media ilə birlikdə addımlayırıq. Bu da bizim üçün çox əhəmiyyətlidir. Yeni yanaşma və addımlarımızın keyfiyyətcə hansı mərhələyə qədəm qoyması həm də medianın üzərinə ciddi öhdəliklər qoyur. Bu əməkdaşlıqdan məmnunam və media nümayəndələrinin peşə bayramını təbrik edirəm!”.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol