• $
  • €
  • ₽
  • ₺
  • £

Havanın dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

Havanın dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ
20.04.2020 14:52
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Anews.az-a verilən məlumata görə, aprelin 21-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, aprelin 21-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Bir neçə gün davam edən isti, yağmursuz hava şəraitindən sonra aprelin 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında, 22-dən 25-i gündüzədək isə əksər rayonlarda havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Aprelin 21-i axşam və 22-də bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi aprelin 21-23-də arabir 15-20 m/s, 21-də ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol