• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda onların şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salındı

Azərbaycanda onların şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salındı
20.04.2020 16:13
"Bütün aktiv olan icazələri avtomatik olaraq mayın 4-nə kimi uzadaraq "müddətə redaktə et bölməsini" yaratdıq”.

Bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov REAL TV-nin efirində qonaq olan zaman deyib. O bildirib ki, e-icazə sistemində 49 162 dövlət və özəl təşkilat 740 324 əməkdaşına xüsusi karantin rejimində aktiv icazə alıb:

"İcazə alınanların 185 mini müxtəlif səbəblərdən tərəfimizdən ləğv olunub. Artıq əmək müqaviləsi olmadan şirkətlər işçini sistemə daxil edə bilmir. Bundan başqa, xidməti müqavilə bölməsi də yaradılıb. Könüllülərə və e-aqro sistemində qeydiyyatdan keçmiş 500 minə yaxın fermerə də icazə verilir”. 

F. Cəfərovun sözlərinə görə, 8103 SMS icazə xidməti ilə vətəndaşlara bu günə kimi 10 milyondan çox icazə verilib:

"Son günlərdə 83% insana müsbət cavab verilib. Gündəlik olaraq 900 min - 1 milyon arası SMS göndərilirsə, bunun təqribən 830 mininə müsbət cavab verilir. Cavabların verilməsi üçün ortalama müddət hazırda 1 saniyədir. 2,7 milyon şəxs artıq SMS xidmətindən istifadə edib. Əsas SMS göndərilmə zamanı isə səhər saat 10-1 aralığı, günorta 3-dən axşam 9-a kimidir. Daha çox 2 kodu ilə müraciət olunur. 3 kodu ilə sui-istifadə hallarının sayı çox idi. İndi 16-17 min civarında müraciət daxil olur, ancaq yenə də bu rəqəm çoxdur. Sui-istifadə edən şəxslərin şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salınır”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol