• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK - VİDEO

Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK - VİDEO
28.05.2020 23:15
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən "myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib. Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna "myGov” portalında baxa bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bunun üçün vətəndaş "myGov” portalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım” bölməsini seçir, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya "yüklə” düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.
Alternativ olaraq portalın "Bütün xidmətlər” bölməsində "Qurumlar üzrə” alt bölməsinə keçid edərək açılan siyahıdan "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış” seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.
"myGov” portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.
Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin "myGov” platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda "myGov” portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.
"myGov" portalına giriş "ASAN Login” sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının "Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol