• $
  • €
  • ₽
  • ₺
  • £

DSX əməliyyat keçirdi: Saxlanılanlar var

DSX əməliyyat keçirdi: Saxlanılanlar var
21.04.2020 09:23
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
 
DSX-dan Anews.az-a verilən məlumata görə, son həftə ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, 1 ədəd 9 mm-lik "Maqnum” tapançasının, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
 
Belə ki,15 aprel tarixində "Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sində iki şəxsin İran İslam Respub­li­ka­sın­dan Azərbaycan Respulikası istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı "Dayan” əmrini verib. Geriyə qaçmağa cəhd göstərən sərhəd po­zucularını saxlamaq üçün havaya xəbərdarlıq atəşi açılıb və onlar təqib edilərək yaxalanıblar. İran İslam Respublikasının vətəndaşı olan 2 sərhəd pozucusunun üzərinə baxış zamanı 1 kq 725 qram heroin, 1 kq  800 qram marixuana, 1 kq 335 qram tiryək, 400 qram metamfetamin və 195 ədəd metadon m40 həbi aşkar edilərək götürülüb.
 
Eyni zamanda 19 aprel tarixində "Horadiz” sərhəd dəstəsinin xidməti əra­zisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.  Sərhəd pozucusu geriyə qaçıb, hadisə yerindən ümumi çəkisi 12030 qram olan narkotik maddə (11355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), 1 ədəd 9 mm-lik "Maqnum” tapançası, 1 ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.
 
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol