• $
  • €
  • ₽
  • ₺
  • £

İmtahanlarla bağlı RƏSMİ AÇIQLAMA

İmtahanlarla bağlı RƏSMİ AÇIQLAMA
21.04.2020 12:28
"Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının qarşısının alınması və insanların həyatının qorunması üçün 4 may tarixinə qədər uzadılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzinin işində də yanvar ayından elan olunan qrafikə dəyişiklik etmişik”.
 
Anewsa.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.
 
O deyib ki, yanvarda qrafikin bir hissəsi təsdiq olunaraq elan edilmişdi. Martın 1-də IX siniflər üçün Bakı, Naxçıvan və Şirvan üzrə buraxılış imtahanı etdik. Amma daha sonra karantin rejiminə görə digər imtahanlar təxirə salınıb: "Hazırda mart və aprel ayında olan imtahanlar keçirilməyib deyə imtahan qrafikləri üzərində yenidən işləməliyik. Yaxın 10 gün ərzində yeni imtahan qrafiki ictimaiyyətə təqdim olunacaq. Operativ Qərargahın qərarlarına əməl etməliyik. Hazırda Qərargahda olan məlumat budur ki, mayın 4-dən karantin rejimindən tədricən çıxacağıq. Biz də həmin qaydalara uyğun imtahanları yeni qrafiklə ictimaiyyətə təqdim edəcəyik. Bunu dərk etmək lazımdır ki, əsas məqsəd indi sanitar gigiyenik qaydaları yerinə yetirmək, insanların sağlamlığını qorumaq və həm iştirakçı, həm də imtahanda çalışacaq insanlar üçün heç bir təhlükə yaratmamaqdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol