• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay Azərbaycanda 173 xarici şirkət yaradılıb

Ötən ay Azərbaycanda 173 xarici şirkət yaradılıb
21.04.2020 19:00
Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox olub.
"Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,8%-i xarici hüquqi şəxslərin yerli nümayəndəliyi və yaxud filialı, 77,3%-i MMC, 0,8%-i SC, 0,2%-i kooperativ və 2,8%-i isə digər təşkilati hüquqi formalarda olub.

Bu ilin mart ayında 173 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə (137) çoxdur.

Bu ilin mart ayında qeydiyyata alınan 173 xarici investisiyalı kommersiya qurumunun 170-nin fəaliyyəti aktiv olub, 3-nün fəaliyyəti dayandırılıb. Mart ayı ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv olunmayıb.

Mart ayında dövlət qeydiyyatına alınan hüquqi şəxslərin 34,6%-i Pakistan, 16,1%-i İran, 18,6%-I Türkiyə, 13,8%-i Hindistan, 8%-i İraq investisiyalı hüquqi şəxslərdir. Martda qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bu ilin mart ayında dövlət qeydiyyatından keçmiş xarici investisiyalı kommersiya hüquqi şəxsin 36,4%-I xidmət, 16,7%-i ticarət, 8,6%-i sənaye, 6,9%-i tikinti, 2,3%-i kənd təsərrüfatı, 1,1%-i nəqliyyat, 2,8%-i rabitə, 24,8%-i digər sahədə fəaliyyət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol