Yer kürəsinə daha bir komet yaxınlaşır

May ayında Yerə yaxınlaşma ehtimalı olan yeni komet aşkar edilib.
Azərbaycan Milli Elmlər Akademiyasından Pravda.az-a verilən məlumata görə, "Comet C /2020 F8 (SWAN)” indeksini almış komet bu ilin aprel ayından gələn ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək.
Kometin mayın 27-də Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki həftə əvvəl, mayın 12-də isə komet Yer kürəsinin yaxınlığından, 83,3 milyon kilometr məsafədə keçəcək.
Kometi yalnız Yer kürəsinin Cənub yarımkürəsi sakinləri görə bilərlər.
Xatırladaq ki, aprelin 11-də Yer kürəsinə yaxınlaşması gözlənilən "Atlas” kometinin üç hissəyə parçalandığı müəyyənləşdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib