Polisə bıçaqla hücum edən şəxs tutuldu - FOTO

Şəkidə asayiş keşikçisinə xəsarət yetirməyə cəhd edən şəxs saxlanılıb.
Anews.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq, icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq, onlara müqavimət göstərib.
Şöbədə onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq, icazəsiz küçəyə çıxdığı və yüngül dərəcədə sərxoş olduğu məlum olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























