Koronavirus Bakı zooparkında heyvanlara necə təsir edib? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı karantin bir çox sahələr kimi Bakı zooparkının da işinə təsir edib.
Bunu BAKU.WS-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, heyvanxanada işləyənlərin çoxu işə çıxmır.
"Heyvanxanada təkcə 12 nəfər işə çıxır. Onlar da heyvanları bəsləmək, onlara qulluq etmək üçün işləməyə məcburdular. İşçiləri özümüz maşınla işə aparırıq və evə qaytarırıq”, - deyə Azər Hüseynov bildirib.
Heyvanxana rəhbəri deyir ki, heyvanlar arasında xəstəlik yayılmayıb.
"Heyvanlar arasında xəstəlik yayılmayıb. Bütün heyvanların vəziyyəti yaxşıdır”, - deyə Azər Hüseynov əlavə edib.
Zoopark rəsmisi onu da vurğulayıb ki, yeni heyvanxananın tikintisi davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























