• $
  • €
  • ₽
  • ₺
  • £

Görüntüləri yayılan YPX əməkdaşı məsuliyyətə cəlb olundu - VİDEO

Görüntüləri yayılan YPX əməkdaşı məsuliyyətə cəlb olundu - VİDEO
22.04.2020 12:57
Sosial şəbəkədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) əməkdaşının yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırıldığına dair rəsmi məktub paylaşılıb.

Oxu.Az xəbər verir ki, qayda pozuntusu ilə bağlı vətəndaş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb.
Rəsmi cavab məktubu vətəndaşın müraciətinə cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsindən göndərilib.  Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov ilə əlaqə saxladıq.

V.Əsədov Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:

"Sözügedən şikayət məktubu Sabunçu rayon Bakıxanov qəsəbəsi, S.Qocayev, məhəllə 4094 ərazisində yaşayan Dədəverdiyev Əsəd İntiqam oğlu tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanlanıb. O, 99-YP-410 dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən patrul əməkdaşının görüntülərini "YouTube” kanalına yerləşdirib. Görüntülərlə birlikdə idarəyə göndərdiyi məktuba baxılıb, araşdırma aparılıb və aidiyyəti üzrə vətəndaşa cavab verilib”.V.Əsədov onu da əlavə edib ki, Əsəd Dədəverdiyev 2020-ci ilin ilk dörd ayı ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə doqquz belə müraciət ünvanlayıb:

"Dədəverdiyev Əsəd İntiqam oğlu 2016-cı ildən bizə bu tipli müxtəlif müraciətlər ünvanlayır. Təkcə 2020-ci ildə onun ünvanlandığı doqquz bu tipli müraciət tərəfimizdən cavablandırılıb. 2019-cu ildə vətəndaşın bənzər daha yeddi müraciətinə baxılıb və cavablandırılıb. Sonuncu müraciət əsasında, onunla şəxsən əlaqə saxladım. Cavab məktubunun öz adının gizlədilməsi surətilə sosial şəbəkədə paylaşmasının səbəbini soruşdum. Vətəndaş cavab olaraq bizə öz hüquq və vəzifələrindən istifadə etdiyini bildirdi”.

Qeyd edək ki, cavab məktubunda yol hərəkəti qaydalarını pozan 99-YP-410 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşının aidiyyəti üzrə intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol