• $
  • €
  • ₽
  • ₺
  • £

500-dən çox Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb

500-dən çox Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb
22.04.2020 13:12
500-dən çox Azərbaycan vətəndaşı Dağıstanın Məhərrəmkənd rayonundakı "Yaraq-Qazmalar” beynəlxalq gömrük-keçid məntəqəsindən keçərək vətənə qayıdıb.
Bu barədə TASS Məhərrəmkənd rayon administrasiyasının mətbuat xidmətinə istinadla məlumat verib.

"Rusiya-Azərbaycan sərhədində hər iki tərəfin razılığı ilə xüsusi dəhliz təşkil edilib. Beləliklə də, 548 nəfər Azərbaycan vətəndaşı vətəninə qayıda bilib. Bu şəxslər koronavirusla əlaqədar Rusiya Federasiyası ərazisini vaxtında tərk edə bilməyən və bizim rayonun ərazisində yerləşdirilənlərdir. Hazırda sərhəd bağlıdır, giriş-çıxışa icazə verilmir”, - deyə mətbuat xidmətindən bildirilib.

O da vurğulanıb ki, Rusiyanın müxtəlif bölgələrindən olan Azərbaycan vətəndaşları aprelin əvvəlindən etibarən sərhəd Məhərrəmkənd rayonuna beynəlxalq "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsinə gəlməyə başlayıblar.

Xatırladaq ki, Rusiya hökuməti koronavirus infeksiyası ilə bağlı tədbirlər çərçivəsində martın 30-dan dövlət sərhəd keçidindən giriş-çıxışı məhdudlaşdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol