• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusdan ölənlərin meyitinin yarılması nələri ortaya çıxardı? - ŞOK FAKTLAR

Koronavirusdan ölənlərin meyitinin yarılması nələri ortaya çıxardı? - ŞOK  FAKTLAR
22.04.2020 19:48
Almaniyanın Robert Kox İnstitutu tibb işçilərini koronavirusa potensial yoluxmadan qorumaq üçün ölənləri yarmağı tövsiyə etməsə də, Hamburq və Bazel araşdırmaçıları bu istiqamətdə tədqiqat aparıblar. 
"Report” xəbər verir ki, araşdırmanın nəticələri Almaniyanın "Süddeutsche Zeutung” nəşrində dərc edilib. 
Məlumata görə, Bazel Universitetinin xəstəxanasında araşdırma məqsədilə COVID-19 qurbanı olan 20 nəfərin meyiti yarılıb.
"Müayinə edilənlərin hamısında hipertoniya (yuxarı təzyiq problemi – red.) aşkarlanıb. Bundan başqa, pasiyentlərin çoxunda mühüm dərəcədə ifadə olunmuş piylənmə qeydə alınıb, yəni onlar artıq çəkidən əziyyət çəkirdilər”, - Patoloqoanatomiya şöbəsinin müdiri, professor Aleksandr Sankov bildirib.
Onun sözlərinə görə, ölənlərin arasında kişilər üstünlük təşkil edib. Qurbanların 2/3-də daha öncə koronar damarlarda zədələr olub, 1/3-i isə diabetdən əziyyət çəkirmiş. 
Araşdırmaçılar cəsədlərin həmçinin ağciyər toxumasını da incələyiblər.
"Pasiyentlərdə ağciyərlərin iltihabı daha az qeydə alınıb. Mikroskop altında ağciyərlərdə mikrosirkulyasiyanın ağır pozuntusunu aşkarladıq”, - professor vurğulayıb.
Onun sözlərinə görə, bu, oksigen mübadiləsinin olmamasına işarə edir. Nəşrin yazdığına görə, bu, o deməkdir ki, pasiyentə istənilən qədər oksigen verilsə də, o, bədəndə dövriyyə etməyəcək.
"Süddeutsche Zeutung”ın məlumatına görə, Robert Kox İnstitutu koronavirusdan ölənlərin yarılmaması barədə verdiyi tövsiyəni artıq ləğv edib.
Pasiyentlərin virusdan və ya onu müşayiət edən xəstəlikdən ölməsi sualına cavab vermək cəhdi isə yalnız hamburqlu tibbi ekspert Klaus Püşelin hesabatında var. Belə ki, ölən 65 nəfərin 61-də ölümə səbəb COVID-19 olub. Qalan 4 nəfərdə isə koronavirus ölümün səbəbi olmayıb.
Nəşrin yazdığına görə, professor A.Sankov bu fərqləndirməni "akademik” adlandırır.
"Əgər xərçəng səbəbindən mənim yarımil ömrüm qalıbsa və məni maşın vurub öldürürsə, bu, sürücünün günahını azaltmır. Əlbəttə, ölmüş pasiyentlərin, onsuz da, müşayiət edən xəstəliklərdən dolayı, ömür uzunluğu sağlam insanınkından daha qısa idi. Ancaq COVID-19 olmadan onlar, böyük ehtimalla, daha çox yaşayacaqdılar”, - A.Sankov açıqlayıb.  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol