Bakı sakinini bıçaqla hədələyən şəxs tutuldu

Bakıda quldurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, aprelin 22-də DİN-in "102” Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyib 50 manat pulunu aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























