• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın bəzi ərazilərinə qar yağıb

Azərbaycanın bəzi ərazilərinə qar yağıb
23.04.2020 14:39
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 23-ü gündüz saatlarınadək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 50 (aylıq normanın 40 faizi), Balakəndə 44 (aylıq normanın 43 faizi), Kişçayda (Şəki) 37, Zaqatalada 34 (aylıq normanın 33 faizi), Şəkidə 31 (aylıq normanın 34 faizi), Şəmkirdə 25 (aylıq normanın 70 faizi), Oğuzda 23 , Gədəbəydə 22 (aylıq normanın 37 faizi), Daşkəsəndə 21, Göygöldə 19, Gəncədə 18 (aylıq normanın 58 faizi), Şahdağ və Tovuzda 16, Qəbələdə 15, Ağstafada 12, Mingəçevirdə 10, Naftalan, Ordubad, Şərurda 9, Xınalıqda 8, Qrız, İsmayıllıda 7, Cəfərxanda 6, Tərtər, Bərdə, Ceyrançöl, Quba, Qusar, Sabirabad, Sədərəkdə 5, Göyçay, Ağdərə (Ordubad), Şahbuzda 4, Salyan, Xaltan, Mərəzədə 3, Kürdəmir, Şamaxıda 2, Zərdab, İmişli, Neftçala, Biləsuvar, Lerik, Şabran, Altıağac, Naxçıvan, Ağdamda 1 mm, Bakıda və Abşeron yarımadasında, Sumqayıtda 3, Zabrat, Maştağada 2, Binədə 1 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 9, Xınalıqda 5, Qrızda 3, Şahdağ, Daşkəsəndə 2, Kişçay və Gədəbəydə 1 sm-ə çatıb.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qəbələ, Şəki, Qusar, Qrız, Şamaxı, Kişçay, Sarıbaş, Xınalıq, Yardımlı, Lerikdə duman müşahidə olunub. 
Şimal-qərb küləyi arabir Xınalıqda 28 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Temperatur iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16, aran rayonlarında 13-20, dağlıq rayonlarda 9 dərəcəyədək, Naxçıvan MR-da 22-27 dərəcə isti olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol