• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı müğənni-aktyor vəfat etdi - FOTO

Azərbaycanlı müğənni-aktyor vəfat etdi - FOTO
28.05.2020 23:50
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Möhtəsim Yusifov dünyasını dəyişib.

Anews.az BAKU.WS-ə istinadən xəbər verir ki, şəkər xəstəliyindən əziyyət çəkən aktyor həyatla dünən vidalaşıb.

Onu daha çox "Mehdi" adı ilə tanıyırdılar. Mərhum aktyorluqla yanaşı el şənliklərində müğənnilik edirdi. Möhtəsim Yusifov gözəl vokal səsə malik idi. Musiqi təhsilini böyük xanəndə, görkəmli pedaqoq Əlibaba Məmmədovdan aldıqdan sonra 10 il "Azkonsert" adlı mədəniyyət müəssisəsində çalışıb. 

1994-cü ildən taleyini Sumqayıt Dövlət Dram Teatrı ilə bağlayıb. Oynadığı tamaşalarda musiqi parçalarını özü ifa edərdi. Möhtəsim Yusifovun yaratdığı obrazlar canlı və koloritli idi.

"Əlibaba və qırx quldur"da Əhməd, "Şahzadə bə bacatəmizləyən" də Kral, "Üç qardaş" da Vəzir, "Şah"da Qiyamçı, "Cırtdanın sərgüxəştləri"ndə Div, "Varlı qadın" da Cangüdən, "Daşdəmirin nağlı"nda dəyirmançı kimi rollara maraqlı rənglər qatıb.

Möhtəsim Yusifov kollektivdə böyük hörmət qazanmışdı. M. Yusifov sadə, təvazökar insan, qayğıkeş yoldaş idi. 
Allah rəhmət eləsin!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol