Azercell-dən BluTV ilə sevdiyiniz türk filmləri yüksək keyfiyyətdə bir arada!

Azercell BluTV xidmətini təqdim edir!
Azercell-dən BluTV ilə sevdiyiniz
seriallar məkandan və zamandan asılı olmayaraq indi smartfonunuzda!
Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.anews.az
Yerli
bazarın lider mobil operatoru Azercell rəqəmsal məhsullar portfelini
genişləndirməyə davam edir. Bu dəfə Azercell şirkəti BlutTV ilə eksklüziv tərəfdaşlığa imza ataraq, son
illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını
abunəçiləri üçün əlçatan edir. Aprel ayının 21-dən başlayaraq Azercell, BluTV vasitəsilə izləmə rekordları ilə seçilən
türk kinemotoqrafiyasını, xüsusi olaraq BluTV üçün lentə alınan türk film və
seriallarını smartfonlara gətirir.
Xidməti aktiv etmək qaydası çox sadədir: IOS, Android, PC və Smart TV
əməliyyat sistemlərini dəstəkləyən BluTV tətbiqini yüklədikdən sonra, gündə 0.25 AZN ödəməklə günlük paketi və ya ayda 3 AZN ödəməklə aylıq paketi aktiv
etmək mümkündür. Odur ki, xidmətə günlük qoşulmaq üçün Start gun açar sözünü
5550 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *551#YES yığmaq kifayətdir.
Aylıq paketi aktiv etmək üçün isə Start ay açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya ekranda
*554#YES yığmaq lazımdır. Onu da qeyd edək ki, Azercell-in BluTV
xidməti çərçivəsində aylıq abunəliyə ilk dəfə qoşulan müştərilərə xidmətdən 7
günlük pulsuz istifadə imkanı təqdim edilir.
Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























