• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
24.04.2020 12:55
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. 

Düşən yağıntının miqdarı Lənkəranda 27 mm (aylıq normanın 48 faizi), Sarıbaş (Qax), Astarada 25 mm, Daşkəsəndə 21 mm, Tərtərdə 20 mm, Göygöl, İsmayıllıda 19 mm, Yardımlı, Ağsu, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Göyçayda 16 mm (aylıq normanın 32 faizi), Mingəçevirdə 25 mm (aylıq normanın 73 faizi), Zərdabda 16 mm (aylıq normanın 52 faizi), Kürdəmirdə 16 mm (aylıq normanın 46 faizi), Şəki, Beyləqanda 16 mm (aylıq normanın 52 faizi), Gədəbəydə 16 mm, Biləsuvarda 15 mm (aylıq normanın 44 faizi), Ağdərə (Ordubad), Zaqatalada 15 mm-ə çatıb.Həmçinin, düşən yağıntı miqdarı Sabirabadda 14 mm (aylıq normanın 44 faizi), Bərdə, Ağstafa, Naftalan, Kişçay (Şəki), Şahbuz, Şəmkir, Oğuzda 14 mm, Yevlax, Göytəpədə 13 mm, Neftçala, Tovuz, İmişlidə 12 mm, Ordubad, Gəncə, Balakəndə 11 mm, Xaltan, Qrız, Mərəzə, Lerik, Salyan, Cəfərxan, Xınalıq, Şərur, Qusar, Altıağac, Ağdam, Şahdağ, Ceyrançöl, Qazıməmməd, Culfa, Xaçmaz, Naxçıvan, Şabran, Qubada 2-10 mm, Sumqayıt, Bakı, Binədə 4 mm, Zabrat, Maştağada 3 mm, Pirallahıda 2 mm, Çilov adası, Neft Daşlarında 1 mm olub. Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax), Əlibəydə (Şəki) 26 sm, Daşkəsəndə 23 sm, Qrızda 13 sm, Xınalıq, Gədəbəydə 12 sm, Kişçayda (Şəki) 8 sm, Şahdağda 6 sm, Ağdərədə 3 sm, Altıağac, Xaltanda 2 sm olub. 

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Abşeron yarımadası və Abşeron rayonunda 15-20 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 9-11, aran rayonlarında 9-15, dağlıq rayonlarda 0-2, Naxçıvan MR-da 14-19 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol