• $
  • €
  • ₽
  • ₺
  • £

Adında 49 mənzil olan vətəndaş 190 manat üçün müraciət edib

Adında 49 mənzil olan vətəndaş 190 manat üçün müraciət edib
24.04.2020 12:59
"Müraciətlərin təhlili göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər”.
 
Anews.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov məlumat verib. Bildirib ki, Artıq 350 min şəxsə ödəniş edilib və proses davam edir:
 
"Birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır. Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır.
 
Bu günədək baxılmış müraciətlərdən
 
- Müqavilə ilə işləyən və əmək haqqı alanlar – 260 min;
 
- Aktiv VOEN-i olanlar – 160 min;
 
- Dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar – 150 min;
 
- Ölkə xaricindən müraciət edənlər – 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər);
 
- Özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar – 29 min;
 
- İcarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər – 9 min və s.
 
Təbii ki, bütün bu müraciətlərə imtina cavabı verilir”.
 
F. Talıbov bildirib ki, müraciət edənlərin sırasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri və s. olanlar az deyil:
 
"Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?! Yaxud son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar?
Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz.
 
Düşünürəm ki, belə şəxslər ictimai qınaqla sərt şəkildə üzləşməli və insanlarımızın milli həmrəylik göstərdiyi pandemiya dövründə, milyonlarla vətəndaşımıza Azərbaycan dövləti, şirkətləri, vətəndaşları tərəfindən dəstək verildiyi vaxtda fürsətcillik edən, aztəminatlı insanların haqqına girməyə çalışan şəxslərə imkan verməməliyik”.
 
Son olaraq vurğulanıb ki, qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol