• $
  • €
  • ₽
  • ₺
  • £

BP “EY ilin iş adamı” müsabiqəsinə sponsorluq edir

BP “EY ilin iş adamı” müsabiqəsinə sponsorluq edir
27.04.2020 09:49
BP Azərbaycanda "EY ilin iş adamı” proqramına dəstək verməkdən məmnunluq duyur. Sahibkarlar üçün dünyanın ən nüfuzlu biznes mükafatları proqramı olan, EY tərəfindən təsis edilmiş bu müsabiqə Azərbaycanda ilk dəfə keçirilir.

BP yerli kiçik və orta sahibkarlığın inkişafına yardım etməklə bağlı götürdüyü uzunmüddətli öhdəliyinin bir hissəsi kimi bu müsabiqəyə qoşulub. Öz tərəfdaşları ilə birlikdə BP 2007-ci ildən etibarən yerli sahibkarlar üçün milyonlarla dollar dəyərində olan bacarıqların inkişaf etdirilməsi proqramını maliyyələşdirir.

BP-nin AGT regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:
 
"On ildən çoxdur ki, tərəfdaşlarımızla birlikdə biz yerli şirkətlərin inkişaf etdirilməsinə dəstək oluruq və bizim "Sahibkarlığın İnkişafı Proqramı”nda iştirak etmiş yüzlərlə şirkətin müstəsna inkişafını görməkdən qurur duyuruq. Bu şirkətlərdən çoxu hazırda qlobal miqyasda rəqabət aparacaq səviyyədədir və Azərbaycandakı əməliyyatlarımızda və layihələrimizdə milyonlarla dollar dəyərində müqavilələr qazanıblar.

Yerli təchizat zəncirinin inkişaf etməsinə yardım etmək üçün göstərdiyimiz səylər EY şirkətinin "İlin iş adamı” proqramının məqsədinə tam uyğundur.
 
Bu proqram Azərbaycanda ilk dəfə olaraq şəxsləri və ya şirkətləri sahibkarlıq sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatla təltif edəcək. EY şirkətinə bu nüfuzlu müsabiqəyə qoşulmaq üçün yaratdığı imkana görə təşəkkür edirik və dünyanın müxtəlif yerlərindən seçilən ən yaxşı iş adamları arasında Azərbaycanı təmsil edən şəxsləri də görəcəyimizə ümid edirik.”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol