Bakıda əczaçını hədələyərək, apteki talayan şəxs tutuldu - FOTO/VİDEO

Zabrat qəsəbəsindəki apteklərdən birində əczaçını hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzinə aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən apteklərdən birində üzündə maska olan naməlum şəxsin əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə, 700 manat pulu quldurluq yolu ilə taladığına dair məlumat daxil olub.
Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























