• $
  • €
  • ₽
  • ₺
  • £

Polisdən “plyonka” xəbərdarlığı: 3 gündən sonra...

Polisdən “plyonka” xəbərdarlığı: 3 gündən sonra...
29.05.2020 04:36
Azərbaycanda günəşli havaların gəlməsi ilə avtomobillərin şüşələrində istifadə olunan pərdə və plyonkaların istifadəsi yenidən gündəmə gəlib.
 
Ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda qeyd edilmişdi ki, hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib. R.Zeynalovun qərarında göstərilirdi ki, bu barədə qanunvericiliyə əlavə və dəyişikliklər baxılma ərəfəsindədir və qanunda dəyişikliklər edilənədək sürücülər cərimə olunmayacaq.
 
Artıq 3 gündən sonra növbəti mövsüm başlayır. Lakin bu müddət ərzində qanunvericiliyə bununla bağlı hər hansı bir dəyişiklik edilmədi. Bəs bu il yol polisi bu məsələdə necə davranacaq?
 
DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək: "Burada söhbət "plyonka"dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək "plyonka" yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb".
 
K.Əliyev "Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?" sualına "Görülə bilər" deyə cavab verib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol