Azərbaycanda metil spirtindən daha bir nəfər öldü - RƏSMİ

"Metil spirti ilə zəhərlənmədən daha bir nəfər ölüb”.
Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə xəstəxanaya daha üç nəfər müraciət edib:
"Metil spirtindən zəhərlənənlər əksər hallarda kişilər olur. Müraciət edən üç nəfərdən biri ölüb, ikisinin müalicəsi isə davam edir. Bundan başqa, iki nəfər sirkə turşusundan, üç nəfər də dəm qazından zəhərlənmə ilə müraciət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























