• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu ləğv edilib?

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu ləğv edilib?
27.04.2020 15:48
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu karantin rejiminin tətbiq edilməsi səbəbindən müvəqqəti dayandırılsa da, ləğv edilməyib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bildiriş gəlməyib.

Bildirilib ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur.

Vurğulanıb ki, indidən Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə söz demək çətindir. Proseslərin gedişinə uyğun qərar qəbul olunacaq.

Qeyd edək ki, ziyarətin qiyməti 4 490 dollar olacaq. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-də başlayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol