• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı əcnəbilər hansı universitetləri seçir?

Azərbaycandakı əcnəbilər hansı universitetləri seçir?
21.07.2014 12:56

“Ölkəyə əcnəbi tələbələrin cəlb edilməsi məsələsi ilə birbaşa ali təhsil müəssisələri məşğul olur”.

 

Bu haqda Axar.az-ın sorğusuna Təhsil Nazirliyindən göndərilən məlumatda bildirilib.

 

Məlumata görə, cari tədris ilində Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı 5001 nəfər olub:

“Həmin tələbələrin əksəriyyəti Türkiyə, İran, Gürcüstan, İraq, Rusiya vətəndaşlarıdır. Əcnəbi tələbələr daha çox Azərbaycan Tibb Universitetinə, Azərbaycan Memarlıq və İnşaat Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Bakı Dövlət Universitetinə, Qafqaz Universitetinə, Naxçıvan Dövlət Universitetinə üstünlük verirlər”.

 

Sorğumuza göndərilən cavabda deyilir ki, Təhsil Nazirliyi öz növbəsində bu işlə məşğul olan universitetlərin fəaliyyətinin dəstəklənməsi, tələbələrin təhsilinin təşkili işinin beynəlxalq standartlara uyğunlaşdırılması vasitəsilə  Azərbaycanda xarici ölkə vətəndaşlarının təhsil alması üçün münbit şərait yaratmağa çalışır.

Ali məktəblər xarici ölkələrdən tələbə cəlb edilməsi məqsədilə müxtəlif mübadilə proqramlarına qoşulub və digər ali məktəblərlə ikitərəfli əsaslarla tələbə mübadiləsini nəzərdə tutan müqavilə və sazişlər imzalayıblar:

 

“Belə proqramlardan “Erazmus”, “Mövlanə” və digərlərinin adını çəkmək olar. Belə tədbirlər nəticəsində Azərbaycan ilə xarici ölkələr arasında müəllim və tələbə heyətini əhatə edən mübadilə proseslərinin sayı artmaqda davam edir”.

 

Məlumatda o da qeyd olunub ki, ölkəmiz universitetlərin özlərinin xaricdə reklam olunması məsələsinə də xüsusi diqqət ayırır:

 

“Ali təhsil müəssisələri müxtəlif ölkələrdə təşkil edilən təhsil sərgilərində iştirak etməklə həm təhsil müəssisəsinin, həm də ölkənin nüfuzunu beynəlxalq aləmdə artırırlar. Vaxtaşırı belə sərgilərdə Azərbaycan ali təhsil müəssisələri də öz stendlərini təqdim edirlər. Azərbaycan ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsili ölkə mədəniyyətinin, təhsilinin xarici ölkə vətəndaşlarına tanıdılması istiqamətində mühüm əhəmiyyətə malikdir”.

 

Qeyd edək ki, Azərbaycana başqa ölkələrdən tələbələrin cəlb olunması mədəniyyətlərarası dialoqun inkişafı və Azərbaycanın dünya miqyasında müsbət imicinin formalaşmasında mühüm rol oynayır.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol