Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək?

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Ödəmənin nə vaxt veriləcəyi ilə bağlı "Qafqazinfo”ya tibb işçilərindən çoxsaylı müraciətlər daxil olub.
"Biz tibb müəssisələrinə müraciət etmişik ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahısını bizə göndərsinlər.
Daha sonra həmin siyahılar əsasında hesablamalar aparılacaq. Xəstəxanalardan göndərilən siyahılara uyğun olaraq tibb işçilərinə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş ödəmələr ediləcəkdir. Hazırda tibb müəssisələrindən siyahıların əldə edilməsi mərhələsindəyik. Eyni zamanda, digər dövlət qurumları ilə birlikdə özümüzdə də müəyyən hesablamaları aparırıq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























